“Xəzər-Lənkəran”la oyunda nəticəyə ciddi yanaşmayacağam”
14.01.2010 - 10:17
“Xəzər-Lənkəran”la oyunda nəticəyə ciddi yanaşmayacağam”
“İlk yoxlama oyunlarını yalnız təlim-məşq toplanışının sonunda keçirəcəyik. Yanvarın 20-də Azərbaycanın “Xəzər-Lənkəran”, 23-də isə bizə birinci diviziondan yaxşı tanış olan “Krasnodar”la görüşəcəyik”. Apasport.az saytının xəbərinə görə, bunu “Sibir” klubunun baş məşqçisi İqor Kriuşenko deyib.

Rusiya Premyer Liqasında mübarizə aparan komandanın çalışdırıcısı bildirib ki, hazırlığın ilkin mərhələsinin olduğundan, buradakı oyunlar psixoloji xarakter daşıyır: “Təlim-məşq toplanışında və sonra da yaxşı emosional fonun olması lazımdır. Axı futbolçularda ikinci həftəyə yaxın yorğunluq yaranır. Ona görə də onların bir az silkələnməsi, emosional gərginliklərinin azalması lazımdır. Bu isə yalnız yoxlama oyunlarında mümkündür. “Xəzər-Lənkəran” və “Krasnodar”la görüşlərdə hər futbolçuya oynamağa imkan verəcəyik. Bu səbəbdən həmin oyunlarda nəticəyə ciddi yanaşmazdım”.

Qeyd edək ki, “Sibir” kimi Türkiyədə toplanışda olan “Xəzər-Lənkəran” ilk yoxlama oyunun yanvarın 17-də Belarusun yüksək liqa təmsilçisi “Vitebsk” klubu ilə keçirəcək.
0