AFFA yeni mərhələyə başlayır
14.01.2010 - 11:05
“AFFA UEFA-nın Nəzarət və İntizam Komitəsinin qərarına hörmətlə yanaşaraq, bundan nəticə çıxarmağa çalışacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
19 yaşadək qızlardan ibarət milli komandamız (U-19) barədə UEFA-nın çıxardığı sərt qərara münasibət bildirən assosiasiya rəsmisi yeni mərhələyə başladıqlarını söyləyib: “Ölkəmizdə qadın futbolunun düzgün inkişafı üçün yeni mərhələnin təməlini qoymaq istiqamətində fəaliyyətə başlamışıq. Güman edirəm ki, bu yolla istəyimizə nail ola biləcəyik”.
Qeyd edək ki, U-19 heyətində yaşı süni şəkildə azaldılmış 6 futbolçu - İna Boyko, Toma Besserdeçnaya, Olqa Qazıyeva, Olqa Səfərova, Natalya Suvorovtseva və Anastasiya Rəhmanova oynadığından, AFFA 60 min avro cərimələnib. Bundan başqa, Avropa çempionatının ilkin seçmə mərhələsi çərçivəsində ötən il 19-24 sentyabr aralığında Bakıda keçirilmiş İspaniya - Azərbaycan, Azərbaycan - Ukrayna və Kipr - Azərbaycan oyunlarının nəticələri ləğv olunub və hər üç matçda milli komandamıza 0:3 hesablı texniki məğlubiyyət verilib. Üstəlik, U-19 2010-cu və 2011-ci ildə keçiriləcək Avropa çempionatı oyunlarından kənarlaşdırılıb, 2011-ci ildən sonrakı növbəti 3 il sınaq dövrü kimi təyin olunub.

- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0