“Qalatasaray” Premyer Liqadan futbolçu aldı
14.01.2010 - 11:24
“Qalatasaray” Premyer Liqadan futbolçu aldı
İstanbulun “Qalatasaray” klubu dövrələrarası fasilədə heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, “Cim Bom” avstraliyalı futbolçu Lukas Edvard Neyli transfer edib. Peşəkar karyerası ərzində yalnız İngiltərə Premyer Liqasında oynamış 32 yaşlı müdafiəçinin axırıncı klubu “Everton” olub.

“Sarı-qırmızılılar” Lukasla 1,5 illik müqavilə bağlayıblar. O, Avstraliya milli komandasının da şərəfini qoruyur. Hətta 2006-cı ildə keçirilmiş dünya çempionatına da qatılmış Neyl 53 dəfə yığmanın formasını geyinib.

Qeyd edək ki, Lukas “Qalatasaray”da ikinci avstraliyalı futbolçudur. Onun həmyerlisi Harri Kyuell “Cim Bom”un aparıcı oyunçusu sayılır. Maraqlıdır ki, Neyl və Kyuellin bir sıra oxşar cəhətləri var. Onların hər ikisi Sidneydə doğulub, eyni yaşa malikdir, yalnız İngiltərə Premyer Liqasında oynayıb və hazırda yığmanın üzvüdür.
0