Rusiyalı futbolçular ağacqıranlarla müqayisə olundu
14.01.2010 - 11:30
Rusiya milli komandasının dünya çempionatına vəsiqə qazana bilməməsinin səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, Moskvanın “Lokomotiv” klubunun fiziki hazırlıq üzrə məşqçisi Vinçentso Pinkolini çalışdığı ölkənin futbolçularının zəif cəhətini açıqlayıb.
Mütəxəssis mundialın seçmə mərhələsində Azərbaycan yığması ilə bir qrupda yer alan rusların futbolçuya bənzəmədiklərini bildirib: “Rus futbolçulara plastika, harmonik futbol çatmır. Bəziləri meydanda elə qaçırlar ki, elə bil odunçu, ağacqıranlardır. Ayaqları düz, əlləri düz, koordinasiya çatışmır. Ona görə də mən futbolçulara meydanda rəqs etməyi öyrədirəm. Yerli futbol əsl kişi mübarizəsi, döyüşdür. İspaniyada texnika, İtaliyada taktika. İngiltərədə fiziki hazırlıq öndə olduğu kimi”.
Qeyd edək ki, Pinkolininin “odunçulara bənzətdiyi rus oyunçulardan təşkil olunan Rusiya yığması millimizi Moskvada 2:0 hesabı ilə udsa da Bakıdan xal itkisi ilə (1:1) ayrılmışdı.

- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0