Vaqif Cavadova Hollandiyada avtomobil verdilər - FOTO
14.01.2010 - 12:35
Vaqif Cavadova Hollandiyada avtomobil verdilər - FOTO
Üç gün əvvəl “Tvente”yə keçidi rəsmiləşən Vaqif Cavadov Hollandiyadan hər cür şəraitlə təmin olunub. Apasport.az saytının xəbərinə görə, ev və maşın verilən futbolçumuzun şikayət edəcəyi heç nə qalmayıb. Yalnız meydana çıxıb bacardığını nümayiş etdirməlidi ki, Vaqifin də bunu necə lazımdı edəcəyinə heç bir şübhəmiz yoxdu. Ona uğurlar diləyərək sizə Cavadovun klubundan aldığı avtomobilin şəklini təqdim edirik. Vaqifin özünün də olduğu fotoda gördüyünüz maşın Wolksvagen CC Passat 2010 markalı avtomobildi. İdman tərzinin komfortla birləşdiyi bu maşın ən müasirlərdən hesab edilir.

Mənbə: korner.az
0