Yığmanın futbolçusu çaşdı - FOTO
14.01.2010 - 12:50
Toqo milli komandasının və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Emmanuel Adebayor tamaşaçıları təəccübləndirib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı hücumçu “Afrikan” TV-də yayımlanan bir proqrama hazırda şərəfini qoruduğu “Mançester Siti”nin deyil, qalmaqalla ayrıldığı “Arsenal”ın formasında çıxıb.
Verilişdə əsasən Afrika Millətlər Kuboku ərəfəsində yığmanın silahlı hücuma məruz qalması barədə danışan Adebayor keçmiş komandasının formasını geyindiyinin heç fərqinə də varmayıb. Görünür, silahlı basqından sonra Emmanuel hələ də özünə gəlməyib. Axı, həmin hücum zamanı öldürülən 3 toqolu ilə yanaşı, onun də həyatı təhlükə altında olub. Təsadüfi deyil ki, “Mançester Siti”nin baş məşqçisi Roberto Mançini psixoloji sarsıntı yaşamış gənc futbolçuya müddətsiz istirahət verib.

- “Real”ın futbolçusu millinin heyətində zədələnib
- Zədəliyəm dedi, yalan çıxdı: Rafa Silvanın "dərd"inə çarə tapılmır
- “Kristal Pelas”ın ulduzu “Barselona”nın transfer siyahısında
- Tramp: "Ronaldo haradadırsa, oğlum da oradadır”
- 52 ildən sonra tarixi qələbə: Stadionu işğal edilən ölkə Dünya Çempionatında
0
0