Azərbaycanlı futbolçu “Yuventus”da oynaya bilər - FOTO
14.01.2010 - 13:13
İtaliyanın “Yuventus” klubu “Qalatasaray”ın müdafiəçisi Sərvət Çətinə rəsmi təklif göndərib. Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi Türkiyə yığmasının 29 yaşlı futbolçusunun keçidi üçün 8 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Müdafiənin mərkəzində problemləri olan “Yuventus” transferi tezliklə reallaşdırmaq fikrindədir. “Qoca Sinyora” bu məqsədlə menecerlərin vasitəsilə Çətinə təklifini göndərib. Menecer Mithat Halis tələsik “Qalatasaray”ın hazırlıq keçdiyi Antalyaya gələrək, təcrübəli futbolçu ilə danışığı olub. Gələn təklifi maraqla qarşılayan Sərvət müsbət cavab verib. O, “Yuventus”a kim yox deyə bilər ki” söyləməklə keçidə razılığını bildirib.
Qeyd edək ki, “Qalatasaray” əslən azərbaycanlı olan Sərvəti cəlbedici təklif müqabilində satmağa hazırdır.

- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
0
0