Premyer Liqaya çaxır gəlir
14.01.2010 - 14:31
Premyer Liqaya çaxır gəlir
İngiltərə Premyer Liqasında çıxış edən “Mançester Siti” klubunun futbolçuları bundan sonra rahat şəkildə spirtli içki qəbul edə biləcəklər. Apasport.az saytının məlumatına görə, komandanın italiyalı baş məşqçisi Roberto Mançini yeni komandasında pəhriz qaydalarını dəyişmək istəyir.

Mütəxəssis oyunçulara çaxır içməsinə icazə verilməsinin tərəfdarıdır. Futbolçular üçün tərtib olunan menyuya bəzi italyan yeməklərini daxil etmək fikrində olan Mançini pitsa ilə yanaşı, bir qədəh çaxırın da veriləcəyini nəzərdə tutub: “Mən futbolçuların oyun qabağı yedikləri yeməklərin tərkibində dəyişiklik olmasını istəyirəm. Daha çox toyuq əti, pitsa və karbohidratdan yararlanmaq lazımdır. Bu əvvəllər olmayan çaxır qədəhinə də aiddir”.

Qeyd edək ki, İngiltərə yığmasının baş məşqçisi Fabio Kapello da futbolçuların menyusunda yenilik etmişdi. Quru kartof və ketçupu oradan çıxaran italiyalı oyunçularına sağlam yeməklərlə qidalanmağı tövsiyə edib.
0