Milli komandamızın baş məşqçisi deputata qarşı
14.01.2010 - 15:19
Milli komandamızın baş məşqçisi deputata qarşı
2011-ci ildə keçiriləcək 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Gürcüstan yığmasına yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, qonşularımız U-19 Gürcüstan futbolunun əfsanələrindən sayılan Vladimir Qutsayevə tapşırıb.

Futbolçu karyerası boyu yalnız Tiflis “Dinamo”sunun formasını geyinib, SSRİ çempionatının 303 matçına çıxan əfsanə Kuboklar Kubokunu qazanan “qızıl heyət”in üzvlərindəndir. SSRİ yığmasında 11 oyun keçirən Qutsayev Kipr “Anartosis”i, Rusiya “Alaniya”sı, həmçinin Gürcüstanın əsas və U-21 yığmalarının baş məşqçisi olub.

57 yaşlı mütəxəssis 2004-cü ildə Gürcüstan parlamentinin deputatı seçilib. Almaniyalı mütəxəssis Bernard Lipertin başçılıq etdiyi yığmamızla gürcüstanlı deputatın görüşü bu ilin payızına təsadüf edəcək. Belə ki, Azərbaycan, Gürcüstan, Yunanıstan və meydan sahibi olacaq Portuqaliya oktyabrın 11-16-da keçiriləcək seçmə turnirdə bir-birinə rəqib olacaqlar.

Qeyd edək ki, Gürcüstanın əsas yığması məhz Qutsayevin başçılığı altında rekord müəyyənləşdirərək FİFA reytinqində 44-cü pilləyə yüksəlib.
0