Cavadov: Çoxlarına, o cümlədən jurnalistlərə sübut etdim ki...
14.01.2010 - 16:05
Cavadov: Çoxlarına, o cümlədən jurnalistlərə sübut etdim ki...
“Tvente”yə keçidim ən böyük uğurumdur. Çoxlarına, o cümlədən jurnalistlərə sübut etdim ki, Rusiyadan Azərbaycana qayıtmaqla səhv etməmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov deyib.

Sabiq komandası “Qarabağ”ın təşkil etdiyi tədbirdə çıxış edən 21 yaşlı hücumçu Hollandiyanın “Tvente” klubuna keçidi ilə bağlı fikirlərini bildirib: “Bu səviyyəyə çatmağıma görə “Qarabağ”a çox borcluyam. Mən həmişə demişəm ki, bu komandanın heyətində səviyyəli futbolçular yetişə bilər. Bundan sonra da yetişəcəyinə inanıram. İndi isə hər şey özümdən asılıdır. “Tvente”də daha yaxşı oynamağa çalışacağam. "Tvente"də təkcə özümü deyil, "Qarabağ" və ümumilikdə Azərbaycanı təmsil edəcəyimi dərk edirəm. Bu da məsuliyyətimi artırır"

Qeyd edək ki, Cavadov “Tvente” ilə 3,5+1 il müddətinə müqavilə imzalayıb.
0