Rusiya Azərbaycanı 24 dəqiqəyə məğlub etdi
14.01.2010 - 17:03
Rusiya Azərbaycanı 24 dəqiqəyə məğlub etdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə keçirilən beynəlxalq turnirin qrup mərhələsini başa vurub. Apasport.az saytının məlumatına görə, üçüncü turun oyununda Rusiya yığması ilə üz-üzə gələn Oliver Pelzerin yetirmələri böyük hesablı məğlubiyyətə üzülüb – 0:3.

Şimallılar matçın taleyini ilk 24 dəqiqədə vurulan 3 qolla həll edib. İlk iki turda Moldovaya 0:1 uduzub, Latviya ilə 1:1 hesablı heç-heçə edən futbolçularımız B qrupunda sonuncu yeri tutub. Buna qrupumuzda keçirilən digər oyunda Moldova və Latviyanın hərəyə 1 qol vurub 1 xal qazanması səbəb olub.

Millimiz final oyunlarının keçiriləcəyi yanvarın 16-da 7-ci yer uğrunda mübarizə aparacaq. Saat 12:00-da başlayacaq görüşdəki rəqibimiz bu gün başa çatacaq A qrupunun son oyunlarından sonra rəsmiləşəcək. Lakin indidən bu komandanın meydan sahibləri olacağını ehtimal etmək olar.

1

Rusiya

3

3

0

0

6-0

9

2

Moldova

3

1

1

1

2-3

4

3

Latviya

3

0

2

1

2-3

2

4

Azərbaycan

3

0

1

2

1-5

1

0