Ukraynalılar yığmamıza məğlubiyyətə ad tapdı: Rüsvayçılıq!
26.01.2010 - 13:08
Ukraynalılar yığmamıza məğlubiyyətə ad tapdı: Rüsvayçılıq!
Futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində Azərbaycan milli komandasına uduzan ukraynalılar məğlubiyyəti həzm edə bilmir. Apasport.az saytının məlumatına görə, Ukrayna mətbuatı sevimlilərinin penaltilər seriyasında uduzmasını böyük uğursuzluq kimi qələmə verib. Həmkarlarımız 3:3 hesabı ilə bitən görüşdən sonra vurulan penaltilər seriyasında millimizin 4:2 hesabı ilə qalib gələrək 1/2 finala vəsiqə qazanmasına qısa ad da qoyub: Rüsvayçılıq! Ukrayna futzal üzrə AÇ-2010-da Azərbaycana uduzdu.

Ukraynalı jurnalistlər qısa şərhlərində az qala məyusluq ifadə edən bütün sözlərdən yararlanıblar: Yığmamız qitənin ən güclü 4 komandası sırasına düşmək imkanını faciəvi şəkildə əldən verdi. Son saniyələrdə rəqib qapısına təyin olunan 10 metrlik cərimə zərbəsinin vurulmaması isə lap dilxorçuluq idi.

Qeyd edək ki, Ukrayna yığması qitə çempionatlarının ikiqat gümüş mükafatçısıdır.
0