Qəhrəmanlar Budapeştdən köçdülər
26.01.2010 - 13:40
Avropa çempionatının yarımfinalına vəsiqə qazanmış Azərbaycan futzal yığması bu gün Macarıstanın paytaxtı Budapeştdən Debretsenə köçüb. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, futzalçılarımız çempionatda qalan hər iki matça məhz Debretsendə çıxacaq.
Yığmamız yanvarın 28-də “Foniks” İdman Sarayında ya Portuqaliya, ya da Serbiyanı sınağa çəkəcək. Bu qarşılaşmanın nəticəsindən asılı olmayaraq, təmsilçilərimiz yanvarın 30-da yenə bacarıqlarını nümayiş etdirəcəklər. Həmin gün komandamız finalda, yaxud 3-cü yer uğrunda görüşdə çıxış edəcək. Sayca 7-ci Avropa çempionatı yanvarın 30-da yekunlaşacaq. Futzalçılarımız, AFFA və Futzal Federasiyasının rəsmiləri, jurnalistlər və azarkeşlər yanvarın 31-də gecə saatlarında Vətənə dönəcəklər.

- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
0
0