Rumıniya yığmasının sabiq futbolçusu “Qarabağ”ı təriflədi
26.01.2010 - 13:33
Rumıniya yığmasının sabiq futbolçusu “Qarabağ”ı təriflədi
“Qarabağ” kimi yaxşı, güclü komanda ilə qarşılaşmağımız lap yerinə düşdü. Bu qarşılaşma bizim işlərimizə də müsbət təsirini göstərdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “Qloriya” klubunun baş məşqçisi “Marius Şumudiça deyib.

39 yaşlı mütəxəssis Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində Ağdamın “Qarabağ” klubu ilə baş tutan yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Bu ayın əvvəlində baş məşqçi postuna gələn Şumudiça qeydə alınan qolsuz heç-heçəni ədalətli hesab sayıb: “Futbolçularımız oyuna yaxşı köklənmişdilər. Biz iki qol imkanını qaçırdıq. Birinci hissədə Koroyan, fasilədən sonra Ze Juy “Qarabağ”ı məyus edə bilərdi. Amma istənilən halda heç-heçəni ədalətli nəticə saya bilərik. Biz bu oyunu çovğunda, güclü külək altında keçirdik. Amma yaxşı səviyyəyə malik rəqiblə görüşü uğurlu saymaq olar”.

Qeyd edək ki, vaxtilə Rumıniya yığmasında 1 oyun keçirən Şumudiça futbolçu karyerasında 10-dan artıq klubun formasını geyib. Daha çox “Rapid”dəki çıxışları ilə tanınan hücumçu məşqçiliyə 2004-cü ildə başlayıb. “Qloriya” 6 il ərzində onun 9-cu iş yeridir.
0