Azərbaycan azarkeşləri dünyada 71-cidir - SİYAHI
26.01.2010 - 16:08
Azərbaycan azarkeşləri dünyada 71-cidir - SİYAHI
Dünyanın ən çox sevilən milli komandalarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, CAR-da keçiriləcək dünya çempionatının bütün seçmə oyunlarının göstəricilərinə əsasən iştirakçıların öz meydanında topladığı orta tamaşaçı sayı müəyyənləşib.

Mundialın meydan sahiblərinin seçmə mərhələdə oynamaması üzündən CAR millisinin bu müddətdə öz meydanında keçirdiyi bütün qarşılaşmaların da nəticələri hesablanıb. Hər görüşdə orta 10 min və daha çox tamaşaçı toplayan komandaların ümumi sayı 122-yə bərabər olub. Seçmə mərhələnin digər iştirakçıları isə bu həddə çatmadığından siyahıda yer almayıb.

Planetin ən çox sevilən komandası adına Meksika sahib çıxıb. Ev oyunlarını məşhur “Atsteka” stadionunda keçirən şimali amerikalılar bu mənada rəqibləri olan yığmaları məhz arenasının böyüklüyünə görə arxada qoyub. Belə ki, həm İngiltərə, həm Fransa, həm Almaniya, hətta Braziliya və Argentina da seçmə mərhələni daha az tutumlu stadionlarda oynamağa üstünlük verib. Azərbaycan millisi siyahıda 71-ci pillədə qərarlaşmaqla Bolqarıstan, Uels, Rumıniya, Norveç, Çexiya, həmçinin CAR-a vəsiqə qazanan Sloveniya, Slovakiya kimi komandaları arxada qoyub.

Millimizdən öndə olan komandalardan isə Angiliyanın fantastik nəticəsi diqqət çəkir. Əhalisi vur-tut 14436 nəfərdən ibarən cırtdan adadakı oyunların hər birinə 22670 tamaşaçı gəlib. Bu da qonşu ölkələr və turistlərin hesabına mümkün olub.

1. Meksika - 81599
2. İngiltərə - 79754
3. Avstraliya - 74018
4. Fransa - 64130
5. İrlandiya - 59298
6. Çili - 55581
7. İran - 55429
8. Braziliya - 53335
9. Yaponiya - 53110
10. Şotlandiya - 48477
11. Almaniya - 48069
12. Rusiya - 47117
13. Seneqal - 46667
14. Hollandiya - 45213
15. Argentina - 44917
16. Konqo - 43333
17. Portuqaliya - 40459
18. Uruqvay - 39905
19. Səudiyyə Ərəbistanı - 39750
20. Cənubi Koreya - 39201
21. Misir - 38833
22. Nigeriya - 35833
23. Çin - 35500
24. Ekvador - 35087
25. Liviya - 35000
25. İndoneziya - 35000
27. Danimarka - 34040
28. Mali - 33333
28. Tanzaniya - 33333
30. Honduras - 33222
31. Kot-d`İvuar - 33202
32. İspaniya - 32954
33. Serbiya - 32342
34. Qana - 32158
35. Kolumbiya - 31816
36. Malavi - 31667
37. Mozambik - 30833
38. Macarıstan - 30711
39. Peru - 30163
40. Əlcəzair - 29750
41. Paraqvay - 29405
42. İsveç - 29130
43. Avstriya - 29100
44. Venesuela - 29022
45. Kamerun - 27734
46. Keniya - 27417
47. İtaliya - 27291
48. İsveçrə - 27125
49. Belçika - 27000
50. KXDR - 26125
51. Finlandiya - 26124
52. Tunis - 26000
53. Gürcüstan - 25550
54. Beliz - 25319
55. Ukrayna - 25252
56. Yamayka - 25000
57. Xorvatiya - 24957
58. Qvatemala - 24838
59. Zimbabve - 24660
60. Türkiyə - 24422
61. Tailand - 24051
62. Benin - 24033
63. Salvador - 23811
64. Yunanıstan - 22874
65. ABŞ - 22799
66. Angiliya - 22670
67. Panama - 22150
68. Syerra-Leone - 21750
69. Polşa - 20941
70. İsrail - 20668
71. AZƏRBAYCAN - 20300
72. Norveç - 20088
73. Boliviya - 20072
74. Vyetnam - 20000
75. Özbəkistan - 19983
76. Bolqarıstan - 19632
77. Bəhreyn - 19310
78. Burkina-Faso - 19259
79. Uels - 18727
80. Suriya - 18600
80. Sudan - 18600
82. Liberiya - 18333
83. Belarus - 18202
84. Qırğızıstan - 18000
85. Qambiya - 17500
86. Türkmənistan - 17200
87. Toqo - 16820
88. Ruanda - 16800
89. Kosta-Rika - 16540
90. Qabon - 16333
90. Konqo-Brazzavil - 16333
92. Uqanda - 15971
93. Tacikistan - 15750
94. CAR - 15667
95. Qazaxıstan - 15590
96. Efiopiya - 15500
97. Slovakiya - 15469
98. Kanada - 15169
99. Sinqapur - 15016
100. Küveyt - 15000
101. Madaqaskar - 14564
102. Zambiya - 14392
103. Mərakeş - 14329
104. Bosniya və Herseqovina - 13633
105. Oman - 13125
106. Şimali İrlandiya - 13092
107. Yeni Zelandiya - 12875
108. Qvineya - 12733
109. Çexiya - 12061
110. Qvineya-Bisau - 12000
110. Qayana - 12000
112. Rumıniya - 11861
113. Trinidad və Tobaqo - 11698
114. Ekvatorial Qvineya - 11567
115. Botsvana - 11496
116. Çad - 11000
117. Niger 11000
118. Albaniya - 10848
119. BƏƏ - 10500
120. Sloveniya - 10320
121. Nepal - 10000
122. Hindistan - 10000
0