“Qalatasaray” Premyer Liqadan daha bir futbolçu aldı
26.01.2010 - 16:25
“Qalatasaray” Premyer Liqadan daha bir futbolçu aldı
Türkiyənin “Qalatasaray” klubu İngiltərə Premyer Liqasından daha bir futbolçu alıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom” “Everton”dan avstraliyalı Lukas Nil, “Mançester Siti”dən braziliyalı Jonun ardınca “Tottenhem”dən meksikalı Covanni Dos Santosun keçidinin həll edib.

İstanbullular Jo kimi 20 yaşlı hücumçunun da icarəsini razılaşdırıb. Müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub.

Milli komandasının da üzvü olan Dos Santos 2008-ci ilin yayında “Barselona”ya böyük ümidlərlə transfer olunsa da, Premyer Liqada özünü göstərə bilməyib. Nəticədə gənc futbolçu ötən mövsümü İngiltərənin digər klubu “İpsviç”də icarə əsasında keçirib. Covanni yaxın günlərdə Türkiyəyə gələrək, bütün formallıqları rəsmiləşdirəcək.

Qeyd edək ki, Dos Santos “Qalatasaray”ın baş məşqçisi Frank Raykaardın rəhbərliyi altında ilk dəfə oynayacaq. “Barselona” holland mütəxəssislə vidalaşandan sonra meksikalı hücumçunu transfer etmişdi.
0