Ferraranın “Yuventus”dan qovulacağı tarix müəyyənləşdi
26.01.2010 - 17:31
Çiro Ferraranın İtaliyanın “Yuventus” klubunun baş məşqçi postundan qovulacağı tarix müəyyənləşib. Apasport.az saytının İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, 43 yaşlı çalışdırıcı bu həftəsonu istefaya göndəriləcək.
Rəhbərlik bununla bağlı qərarı klubun sahibləri ilə görüşdə qəbul edib. Ferrara vəzifəsindən azad olunana qədər isə komandanı son olaraq cümə axşamı “İnter”lə ölkə kuboku uğrunda çətin oyuna çıxaracaq. Baş məşqçi həmin görüşdə nəticədən asılı olmayaraq postundan kənarlaşdırılacaq. Ferraranın yerinə əsas namizəd Rusiya yığmasının holland baş məşqçisi Qus Hiddink sayılır.
Qeyd edək ki, son vaxtlar uğursuz çıxış edən “Yuventus”da baş məşqçi dəyişikliyi axırıncı turda evdə “Roma”ya məğlubiyyətdən (1:2) sonra dəqiqləşib.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0