Rusiyalı mütəxəssis: Azərbaycan yığması sübut etdi ki...
27.01.2010 - 12:00
Rusiyalı mütəxəssis: Azərbaycan yığması sübut etdi ki...
Futzal üzrə Azərbaycan milli komandasının Avropa çempionatında (AÇ) möhtəşəm çıxışı rusların da diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, bu ölkənin futzal mütəxəssisi olan Oleq İvanov milli komandamızın qazandığı qələbələri qiymətləndirib.

İvanov hesab edir ki, AÇ-nin qalibi olmaq üçün hamını, o cümlədən əsas favorit olan İspaniya yığmasını da məğlub etmək lazımdır: “Əlbəttə, bu belə olmalıdır. Onda öz gücünə inam da qayıdacaq. Azərbaycan, Çexiya, Serbiya yığmaları sübut etdi ki, bu idman növü inkişaf edir. Onlar qələbəyə köklənmənin nə qədər dəyərli olduğu nümunə göstərdilər”.

Qeyd edək ki, 1/4 finalda elə İspaniyaya uduzan Rusiya yığmasından fərqli olaraq, futzalçılarımız AÇ-nin qalibi olmaq uğrunda mübarizəni davam etdirir. Komandamız sabah yarımfinalda Portuqaliya yığması ilə görüşəcək.
0