7 rəqəmi futzal millimiz üçün düşərli olacaqmı?
27.01.2010 - 12:11
7 rəqəmi futzal millimiz üçün düşərli olacaqmı?
Macarıstanda keçirilən Avropa çempionatının yarımfinalında Portuqaliya yığması ilə görüşəcək Azərbaycan milli komandası tarixində 7-ci dəfə bu rəqiblə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, 7 rəqəminin futzalçılarımıza düşərli olub-olmayacağı sabah 20:30-da başlayacaq qarşılaşmada müəyyənləşəcək.

Əvvəlki 6 qarşılaşmada isə komandamız qələbəyə həsrət qalıb. Portuqaliya sindromu olan millimiz 5 dəfə uduzduğu rəqibi ilə yalnız 1 dəfə heç-heçə edib. Bu da 10 ay əvvəl baş tutan seçmə oyununa təsadüf edib. Lakin Macarıstandakı matça qədər bütün oyunlar rəqibimizin meydanında keçirilib. Bu matçlardakı top fərqi isə daha acınacaqlıdır - 27:8.

Qeyd edək ki, Azərbaycan yığması üçün Avropa çempionatı qisas meydanına çevrilib. Belə ki, futzalçılarımız indiyə qədərki bütün oyunlarda millimizi məğlub edən, üstəlik, futzal tariximizin ən biabırçı hesabının (2:10) müəllifi olan Çexiyadan qısa almağı bacarıb – 6:1. İndi isə növbədə uda bilmədiyimiz pireneylilərdir.

tarix

Keçirildiyi yer

oyun

hesab

Oyunun statusu

06.11.2002

Portuqaliya

Portuqaliya – Azərbaycan

5:0

AÇ-2003-ün seçmə oyunu

23.09.2003

Portuqaliya

Portuqaliya – Azərbaycan

2:1

Yoldaşlıq oyunu

24.09.2003

Portuqaliya

Portuqaliya – Azərbaycan

4:1

Yoldaşlıq oyunu

26.09.2006

Portuqaliya

Portuqaliya – Azərbaycan

8:1

Yoldaşlıq oyunu

27.09.2006

Portuqaliya

Portuqaliya – Azərbaycan

5:2

Yoldaşlıq oyunu

19.03.2009

Portuqaliya

Portuqaliya – Azərbaycan

3:3

AÇ-2010-un seçmə oyunu

28.01.2010

Macarıstan

Azərbaycan - Portuqaliya

?:?

AÇ-2010-un yarımfinalı

0