Karpin: Məni “Xəzər-Lənkəran”la oyunda maraqlandıran...
27.01.2010 - 12:34
Karpin: Məni “Xəzər-Lənkəran”la oyunda maraqlandıran...
Moskvanın “Spartak” klubunun baş məşqçisi Valeri Karpin “Xəzər-Lənkəran”la keçirdikləri görüşə yenidən toxunub.

Apasport.az saytının məlumatına görə, 41 yaşlı çalışdırıcı Türkiyənin Antalya şəhərində Lənkəran klubuna 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununda heyəti əsas və əvəzedicilərə bölməməsi ilə diqqət çəkib.

Bunun hansı məqsəd edilməsi ilə bağlı fikirlərini bildirən Karpinin sözlərinə görə, “Xəzər-Lənkəran”la oyunda bütün futbolçuları sınaması vacib imiş: “Məni hazırlığın funksional səviyyəsi maraqlandırırdı. Meydanda kimin necə düşünməsinə baxmaq istərdim. Futbolçulara topu hiss etməyə, özlərini digər səviyyəli ifaçılarla və təcrübəlilərlə birgə özlərinə özlərini göstərmələrinə imkan yaratdım. Belə demək olar ki, əsas mətləbi başa düşmək üçün vəzifəni çətinləşdirdim. Ulduz komanda yoldaşları ilə, kobud dildə desək, şikəst də oynayar. Ancaq təcrübəsi az olanlarla özünü tam göstərmək lazımdır”.

Qeyd edək ki, Karpin lənkəranlılarla görüşdə Braziliya yığmasının üzvü olan Aleks, Velliton kimi futbolçuları meydana buraxıb. Ötən mövsüm Rusiya Premyer Liqasının bombardiri olan Velliton komandasının son qoluna imza atan futbolçu olub.
0