“Olimpik-Şüvəlan” Türkiyədən qələbəsiz qayıdır
27.01.2010 - 12:48
“Olimpik-Şüvəlan” Türkiyədən qələbəsiz qayıdır
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçirən Bakının “Olimpik-Şüvəlan” klubu növbəti yoxlama oyununu keçirib.

Apasport.az-ın Peşəkar Futbol Liqasının rəsmi internet saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi qonşu ölkədəki son matçında Rumıniyanın “İnternasional” klubu ilə qarşılaşıb. Öz ölkəsinin güclülər dəstəsində çıxış edən rumıniyalılar 1:0 hesabı ilə qalib gəlib. Bununla da baş məşqçi Nazim Süleymanovun yetirmələri Türkiyə toplanışını qələbəsiz başa vurub.

Xatırladaq ki, “Tobol”la (Qazaxıstan) oyunu 41-ci dəqiqədə, hesab 0:2 olarkən dava-dalaş üzündən dayandırılan bakılılar “İnternasional”la görüşədək daha iki qarşılaşmaya çıxıb. Onlar “Daiqu”ya (Cənubi Koreya) 1:2 hesabı ilə uduzub və “Tavriya” (Ukrayna) ilə qolsuz heç-heçə edib.
0