Branimir Subaşiç “Kocaelispor”da
27.01.2010 - 13:07
Branimir Subaşiç  “Kocaelispor”da
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç karyerasını Türkiyənin “Kocaelispor” klubunda davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, uzun müddətdir İzmit təmsilçisi ilə danışıqlar aparan 28 yaşlı hücumçu bu gün yeni klubu ilə müqavilə imzalamalıdır.

2008-ci ilin yayında “Neftçi”ni tərk edib vətəninə qayıdaraq Serbiyanın “Srvena Zvezda” klubuna keçən Branimir “Kocaelispor”un birinci dəstədə uğurlu çıxış etməsinə töhfə verməlidir. Belqrad təmsilçisində yarım mövsüm oynadıqdan sonra Çinin “Çançun Yatay” klubuna icarəyə verilən Subaşiç yenidən əvvəlki komandasına qayıtsa da, ona yeni iş yeri tapmaq təklif olunub.

Qeyd edək ki, Türkiyə təmsilçisi ötən qışda, Superliqada çıxış etdiyi vaxtda da azərbaycanlı futbolçulara ehtiyac duymuşdu. Lakin Rəşad Sadıqovla Ramal Hüseynovun transferi mövsümün ikinci yarısında Superliqada qalmaq üçün mübarizə aparan komandaya kömək etməmişdi.
0