Rumıniyalılar “Olimpik-Şüvəlan”la oynamağına təəssüflənir – FOTO
27.01.2010 - 13:24
Rumıniyalılar “Olimpik-Şüvəlan”la oynamağına təəssüflənir – FOTO
“Olimpik-Şüvəlan”la keçirdiyimiz yoxlama oyunu adi hazırlıq matçı idi. Və biz bu qarşılaşmada iki fərqli heyətdən istifadə etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın “İnternasional” klubunun baş məşqçisi İonut Badea deyib.

Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan yoxlama oyununda Bakının “Olimpik-Şüvəlan” klubunu 1:0 hesabı ilə məğlub edən rumıniyalıların çalışdırıcısı rəqib seçimindən narazı qalıb: “Bakılılarla oyunun 90 dəqiqəsi ərzində sərəncamımda olan bütün futbolçulardan yararlana bildim. Lakin təəssüf ki, rəqib kimi təlim-məşq toplanışını bitirmək üzrə olan rəqiblə qarşılaşırdıq”.

Qeyd edək ki, “Olimpik-Şüvəlan” “İnternasional”la qarşılaşmada yeganə qolu 70-ci dəqiqədə buraxıb. Rumıniyalıların heyətində Ovidiu Vezan fərqlənib.
0