Şamil Heydərov qadınları bir araya yığır
27.01.2010 - 13:36
Şamil Heydərov qadınları bir araya yığır
Qadınlardan ibarət Azərbaycan milli komandası növbəti təlim-məşq toplanışını keçirəcək. Apasport.az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, yığmamızın baş məşqçisi Şamil Heydərov yetirmələrinə fevralın 1-dən 10-dək təlim keçəcək.

Toplanış dünya çempionatının martda keçiriləcək seçmə oyununa hazırlıq məqsədi daşıyır. Martın 27-də Bakıda Çexiya millisi ilə qarşılaşacaq futbolçularımız elə paytaxtda hazırlıq keçəcək.

Qeyd edək ki, qadınlardan ibarət yığmamızın 2010-cu ildəki ilk təlim-məşq toplanışı yanvarın 18-25-də keçirilib.
0