Milliləşən legioner Azərbaycan vətəndaşlığından necə yararlanır?
27.01.2010 - 13:41
Milliləşən legioner Azərbaycan vətəndaşlığından necə yararlanır?
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç ölkəmizin vətəndaşlığını daşımasından yararlanır. Apasport.az saytının məlumatına görə, yığmamızda oynadığı vaxt milliləşməsi özünə yeni klub axtaran serbiyalı hücumçunun işinə yarayıb. Vətənində “Srvena Zvezda”ya lazım olmayan 28 yaşlı futbolçu Türkiyənin “Kocaelispor” klubuna keçmək üçün milliləşməsindən istifadə edir.

Belə ki, Türkiyə çempionatlarının əsasnaməsinə görə, İzmit təmsilçisinin mübarizə apardığı birinci dəstədə legionerlərə sərt məhdudiyyət var. Orada yalnız 22 yaşadək olan əcnəbilər çıxış edə bilər. Subaşiç də Serbiya vətəndaşı kimi buna uyğun gəlmir. Lakin Türkiyə Futbol Federasiyasının Azərbaycandan olan oyunçulara güzəşt tətbiq etməsi futbolçu üçün göydəndüşmə olub. Branimir də Azərbaycan pasportu ilə “Kocaelispor”da oynayacaq.
0