Dos Santos: “Qalatasaray”a keçidimə görə çox xoşbəxtəm
27.01.2010 - 14:00
Dos Santos: “Qalatasaray”a keçidimə görə çox xoşbəxtəm
Covani Dos Santos Türkiyənin “Qalatarasay” klubuna keçidinə münasibətini bildirib. Apasport.az saytının məlumatına görə, 20 yaşlı meksikalı hücumçu öz ölkəsinin radiosuna açıqlamasında “Cim Bom”un formasını geyəcəyini təsdiqləyib.

Müqavilə ilə “Tottenhem” klubuna məxsus olan Covani ötən mövsümü İngiltərədə “İpsviç”də icarə əsasında keçirib. Bu dəfə yarım illiyə “Qalatasaray”a icarəyə verilən Dos Santos İstanbula səfərə hazırlaşır. O, yeni komandasında hələ “Barselona”dan yaxşı tanıdığı Frank Raykaardın rəhbərliyi altında oynayacaq. Məhz Raykaard 2007-ci ildə meksikalının Kataloniya təmsilçini keçidi uğrunda mübarizə aparıb: “Mən “Qalatasaray”a keçməklə bağlı xəbərə görə çox xoşbəxtəm. Çünki Türkiyədə tanıdığım məşqçi ilə birgə işləyəcəyəm. Mənə yenidən normal formamı yığmaq üçün oynamaq lazımdır”.
0