“Kocaelispor”un prezidenti: Subaşiçin işini bir-iki günə bitirəcəyik
27.01.2010 - 14:22
“Kocaelispor”un prezidenti: Subaşiçin işini bir-iki günə bitirəcəyik
Türkiyənin “Kocaelispor” klubu Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiçi tezliklə transfer etmək istəyir. Apasport.az saytının məlumatına görə, İzmit təmsilçisinin prezidenti Muammer Çelik transfer çalışmaları ilə bağlı açıqlamasında 28 yaşlı serb hücumçuya da toxunub.

Çelikin sözlərinə görə, almaq istədikləri daha bir hücumçu məhz Subaşiçdir: “Keçmiş futbolçularımızdan Erhan Yılmaz və Əli Cansunla anlaşdıq. Onlar bu gün müqaviləyə imza atacaqlar. Bundan başqa, Subaşiç soyadında hücumçunu da almaq fikrindəyik. O, serb əsilli azərbaycanlı futbolçudur. İndi gündəmimizdə bu hücumçunun transferidir. İki əcnəbi futbolçu da alacağıq. Çoxlu vaxtımız yoxdur. Bir-iki günə transfer işini bitirəcəyik”.

Qeyd edək ki, Subaşiç kimi Cansun da “Neftçi”nin hücumçusu olub. Türkiyəli futbolçu qış fasiləsində “ağ-qaralar”ın düşərgəsində olsa da, sonda qayıdışı baş tutmayıb.
0