Futbol klubu 1 funt sterlinqə satılır
27.01.2010 - 14:46
Futbol klubu 1 funt sterlinqə satılır
İngiltərənin futbol klubunu cəmi 1 funt sterlinqə almaq mümkündür. Apasport.az saytının məlumatına görə, bu ölkənin 5-ci divizionunda çıxış edən “Çester Siti” müflisləşərək, məhz bu gülməli məbləğə satılır.

Komandanın sahibi olan Voqan ailəsi öz hüquqlarını simvolik məbləğ olan 1 funt sterlinq müqabilində başqasına verməyə hazırdır. Ancaq klubun yeni sahibi 26 min funt sterlinq borcu da verməyi öz boynuna götürməlidir. Bundan əlavə, komandanın heyəti ilə bağlı məsələləri həll etmək lazımdır. Çünki “Çester Siti”ni maddi problemlərə görə təcrübəli futbolçular tərk etdiyi üçün heyətdə böyük boşluqlar yaranıb. Əgər yaxın vaxtda alıcı tapılmasa, klub fəaliyyətini dayandıracaq.

Qeyd edək ki, 1885-ci ildə yaradılan “Çester Siti” üç dəfə Uels kubokunu qazanıb.
0