Sissoko: Kuboku qazanacağımıza yüz faiz əminəm
27.01.2010 - 15:01
Sissoko: Kuboku qazanacağımıza yüz faiz əminəm
“Bu il çempionluq şansımızı 80 faiz qiymətləndirirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın qapıçısı Xalidu Sissoko klubun rəsmi saytına açıqlamasında deyib.

Artıq 6-cı ildir bu klubda çıxış edən 32 yaşlı seneqallı qapıçı ardıcıl ikinci mövsüm çempion olmalarının çətinliyini yaxşı başa düşür: “Çempionatın birinci dövrəsində itirdiyimiz qızıl xallar öz sözünü deyib. Amma bu o demək deyil ki, əlimizi aşağı salacağıq. Əsla. Bütün oyunlarda hakimin final fitinə kimi mübarizə aparacağıq”.

Komandanın vitse-kapitanı olan Sissoko Bülənt Korkmazın baş məşqçi postuna gəlişindən sonra əsas heyətdə yerini itirib. Onun fikrincə, cari mövsümü titulsuz bitirməyəcəklər: “Ölkə kuboku bu il bizimdir. Buna yüz əminəm”.

Qeyd edək ki, “Bakı” ölkə kubokunun 1/4 finalında zəif rəqib olan “Standard”la görüşəcək.
0