İspaniya yığmasının qapıçısı: Finalda Azərbaycanla qarşılaşmağımız istisna deyil
27.01.2010 - 18:00
İspaniya yığmasının qapıçısı: Finalda Azərbaycanla qarşılaşmağımız istisna deyil
Futzal üzrə İspaniya milli komandasının qapıçısı Luis Amado Macarıstanda keçirilən Avropa çempionatının final oyununda Azərbaycan yığması ilə qarşılaşa biləcəklərini istisna etmir.

Apasport.az saytının məlumatına görə, yarımfinalda Çexiya yığması ilə qarşılaşan ispanların 34 yaşlı futzalçısı bu mərhələnin digər qarşılaşması haqda da düşünür. Artıq öz komandalarını finalda görən Amado Azərbaycan - Portuqaliya oyunu ilə bağlı fikirlərini açıqlayıb: “Azərbaycan yığması Avropa çempionatının sürprizidir. Heyətlərində də çox sayda braziliyalılar var. Bəlkə də kimlər üçünsə onların finala çıxması inandırıcı görünmür. Amma bu istisna deyil”.

Qeyd edək ki, İspaniya yığmasında 135 matç keçirən Amado 2 dəfə dünya, 3 dəfə Avropa çempionu olub.
0