Kardinal: Azərbaycan yığmasını əsas vaxtda məğlub edəcəyik
27.01.2010 - 22:58
Kardinal: Azərbaycan yığmasını əsas vaxtda məğlub edəcəyik
“Avropa çempionatının yarımfinalda olan hər bir komanda qələbə haqqında düşünür. Məğlubiyyət haqda ümumiyyətlə fikirləşmirik”. Bunu apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Portuqaliya yığmasının futzalçısı Fernando Alberto Dos Santos Kardinal deyib.

O, Macarıstanda keçirilən Avropa çempionatının yarımfinal mərhələsində sabah Azərbaycan milli komandası ilə baş tutacaq oyunun hazırlığından danışıb. Kardinal yığmamızın ünvanına xoş sözlər söyləyib: “Bundan əvvəl Azərbaycanla qarşılaşmışıq və rəqibin güclü olduğunu bilirik. Artıq Avropa çempionatında Felipe də onlara qoşulub. O da güclü futzalçıdır. Buna görə də sabah bizi ağır oyun gözlədiyini bilirik”.

Belarusla (5:5) və 1/4 finalda Çexiya ilə qarşılaşmalarda (5:1) 3 qol vurmuş portuqaliyalı vurğulayıb ki, şanslar bərabər olsa da, yığmamızı əsas vaxtda məğlub etməyə çalışacaqlar: “Hər iki komandanın şansı eynidir: 50/50-yə. Bununla belə, ümid edirəm ki, rəqibi əsas vaxtda məğlub edəcəyik və oyunsonrası 10 metrlik zərbələrə ehtiyac qalmayacaq”.
0