Türkiyə yığmasının baş məşqçisindən milli komandamıza dəstək – FOTO
28.01.2010 - 04:06
Türkiyə yığmasının baş məşqçisindən milli komandamıza dəstək – FOTO
Bu gün Avropa çempionatının yarımfinal mərhələsində Macarıstanın Debretsen şəhərində keçiriləcək Azərbaycan - Portuqaliya matçını Türkiyə futzal yığmasının baş məşqçisi Ömər Kaner də izləyəcək. Apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, 59 yaşlı çalışdırıcı bu məqsədlə dünən Debretsenə təşrif buyurub. O, şam yeməyində futzalçılarımız və rəsmilərlə görüşərək, onlara yarımfinalda uğurlar arzulayıb. Matç bu gün Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
0