Milli komandanın futbolçusu dopinqdə ilişdi
29.01.2010 - 11:35
Milli komandanın futbolçusu dopinqdə ilişdi
Tanınmış rumın futbolçu Adrian Mutu yenidən dopinqdə ilişib. Apasport.az saytının məlumatına görə, “Fiorentina” klubunda çıxış edən 31 yaşlı hücumçudan “Bari” ilə oyundan (2:1) sonra götürülən dopinq-test müsbət nəticə verib.

Rumıniya milli komandasının liderinin qanında istifadəsi qadağan olan sibutramin preparatının izləri tapılıb. Bu maddə aclıq hissini aradan qaldırır. Mutu yanvarın 10-da keçirilən həmin oyunda komandasının qollarından birini vurub. Adrianda bunun ikinci belə hal olduğunu nəzərə alsaq, ona 4 illik diskvalifikasiya gözləyir.

Qeyd edək ki, Mutu vaxtilə kokain qalmaqalında iştirak etdiyi üçün FİFA-nın cəzasına məruz qalmışdı.
0