AÇ-2016 üçün 920 milyon avro
29.01.2010 - 12:10
AÇ-2016 üçün 920 milyon avro
2016-cı il Avropa çempionatına ev sahibliyi etmək niyyətində olan Türkiyə bu məqsədlə böyük məbləğdə vəsait xərcləməyə hazırdır. Apasport.az saytının məlumatına görə, Türkiyə hökuməti namizədliyə dəstək üçün 920 milyon avro ayırıb.

Bu məbləğ əsasən stadionların təmiri və inşasına sərf olunacaq. İstanbul, Ankara, Bursa, İzmir kimi şəhərlərdə olan arenalarda, həmçinin digər böyük stadionlarda rekonstruksiya işlərinin aparılması nəzərdə tutulub. Türkiyə Futbol Federasiyasının prezidenti Mahmud Özgənər belə maliyyələşmə ilə bağlı fikirlərini açıqlayıb: “Bu onu göstərir ki, baş nazir və Türkiyə hökuməti də belə mötəbər tədbirin ölkəmizdə keçirilməsinin tərəfdarıdır”.

Qeyd edək ki, Türkiyə indiyədək heç vaxt futbol üzrə dünya və qitə çempionatının təşkilatçısı olmayıb.
0