Azərbaycan yığmasının oyunçusu “Qızıl buts” ala bilər
29.01.2010 - 12:35
Azərbaycan yığmasının oyunçusu “Qızıl buts” ala bilər
Futzal üzrə Azərbaycan milli komandasının oyunçusu Biro Jade “Qızıl buts” mükafatını qazana bilər. Apasport.az saytının məlumatına görə, 37 yaşlı braziliyalı Macarıstanda keçirilən Avropa çempionatının final mərhələsinin ən yaxşı bombardiri olmağa yaxındır.

4 oyunda 5 qol vuran Biro Jade hazırda italiyalı Saad Assisilə birlikdə bombardirlər yarışına başçılıq edir. Komandası mübarizəni dayandırdığından appeninli yığmamızın oyunçusunu keçmək imkanından məhrumdur. Lakin cəzalı duruma düşən Biro Jade də Çexiya ilə 3-cü yer uğrunda oyunda qol sayını artırmaq imkanından məhrumdur.

Bir sözlə, cənubi amerikalı məşhur “Adidas” şirkətinin təsis etdiyi “Qızıl buts” mükafatının yeganə sahibi də olmayacaq. Bunun üçün isə hazırda futzalçımızdan geri qalan oyunçuların ikidən artıq qol vurmaması lazımdır. Portuqaliyalılar Kardinal, Joel Keyruş və ispan Xavi Rodriges 1 qol vursa belə, Biro Jadeyə çatacaq və onunla birlikdə “Qızıl buts” alacaq. Bu səbəbdən də futzalçımız finalı izləyərkən onların iki qol vurmamasına azarkeşlik etməlidir.

Həmin matçın daha 4 iştirakçısı oyunçumuzu “Qızıl buts”suz qoya bilər. Bunun üçün onlar het-trik etməlidir. Bu isə inandırıcı görünmür. Həmin futzalçılar 2 qol vursa mükafatın bir nüsxəsinə sahib çıxacaq. Eyni sözləri digər “braziliyalı”mız Tyaqo haqda da demək olar. İki qolla həmyerlisinə çatacaq futzalçı da mükafata minimum şanslarını saxlayır.

Saad Assis*

İtaliya

5

Biro Jade**

Azərbaycan

5

Qabriel Baptistella*

İtaliya

4

Kardinal

Portuqaliya

4

Joel Keyruş

Portuqaliya

4

Xavi Rodríges

İspaniya

4

Arnaldu

Portuqaliya

3

Pavel Xristopolov*

Rusiya

3

Xuanra

İspaniya

3

Tamaş Lodi*

Macarıstan

3

Ortiz

İspaniya

3

Aleksey Popov*

Belarus

3

Tyaqo

Azərbaycan

3

Xordi Torras

İspaniya

3


Qeyd: * - mübarizəni dayandıran komandaların futzalçıları, ** - son oyunda cəzalı.
0