Subaşiç nişanlısı ilə birlikdə tələbə oldu - FOTO
29.01.2010 - 14:16
Subaşiç nişanlısı ilə birlikdə tələbə oldu - FOTO
Azərbaycan yığmasının sabiq futbolçusu Branimir Subaşiç gələcəklə bağlı maraqlı planları var. Apasport.az saytının məlumatına görə, müqavilə ilə məxsus olduğu Serbiya “Srvena Zvezda”sına lazım olmayan 28 yaşlı hücumçu artıq planlarını reallaşdırmağa başlayıb.

Ali təhsil almaq qərarına gələn Subaşiç Futbol Akademiyasına qəbul olub. O, nişanlısı Militsa ilə birlikdə İdman menecmenti fakültəsində təhsil almağa qərar verib. Branimir bunun üçün xeyli əziyyət çəkdiyini açıqlayıb: “Komandamın arxada qalan iki toplanışı ərzində günümü internet qarşısında keçirmişəm. Təhsil almaq üçün Futbol Akademiyasını bitirmək fikrindəyəm”.

Subaşiçə tələbə biletini akademiyanın professoru Stefan İliç təqdim edib. Branimirə qədər məşhur həmyerliləri İqor Dulyay, Matey Kejman, Deyan Oqnenoviç, Radislav Petroviç və Radovan Radakoviç də Futbol Akademiyasında təhsil alıb.
0