Azərbaycan çempionu Portuqaliyaya gedir
29.01.2010 - 14:58
Azərbaycan çempionu Portuqaliyaya gedir
Futzal üzrə UEFA kubokunun “dördlər finalı”nın keçiriləcəyi yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Araz”ın da mübarizə aparacağı həlledici oyunlar aprelin 24 və 25-də Portuqaliyada keçiriləcək.

UEFA-nın İcraiyyə Komitəsinin yığıncağında yarımfinal və final görüşlərinin Lissabonun “Pavilao Atlantako” İdman Kompleksində keçirilməsinə qərar verilib. “Araz” və meydan sahibləri “Benfika” futzalçıları ilə yanaşı, İtaliyanın “Luparense”, İspaniyanın “İntervyu” klubları da “dördlər finalı”nda iştirak edəcək. Portuqaliya ilə yanaşı, İtaliya və İspaniya da həlledici matçları qəbul etməyə namizədliyini vermişdi.

Qeyd edək ki, yarımfinalda hansı komandaların bir-biri ilə qarşılaşacağı hələ müəyyənləşməyib.
0