“Çexiyaya uduzmağımız faciə olar”
30.01.2010 - 05:34
“Çexiyaya uduzmağımız faciə olar”
“Əgər Çexiyaya uduzsaq, bunu faciə kimi qəbul edəcəyəm”. Bu sözləri apasport.az saytının Macarıstana ezam olunmuş müxbiri ilə söhbətində Azərbaycan yığmasının futzalçısı Rizvan Fərzəliyev deyib.

Macarıstanda keçirilən Avropa çempionatının mükafatçıları bu gün müəyyənləşəcək. Bürünc medal uğrunda Çexiyaya qarşı keçirəcəyimiz oyun haqda danışan Fərzəliyev qarşıdakı matçın çətin oyun olacağını söyləyib: “Yaxşı olardı ki, Portuqaliyanı məğlub edərək, finala çıxaq. Ancaq yarımfinalda bəxt bizdən üz döndərdi. Çexiya ilə çempionatda ikinci dəfə mübarizə aparmaq çətindir. Çünki rəqib artıq bizim oyunumuzu öyrənib”.

30 yaşlı futzalçı, həmçinin qələbə qazanmağın yollarını da göstərib: “Çexiya önünə yaxı əhval-ruhiyyədə çıxmaq lazımdır. İlk matçda onlara 6:1 hesabı ilə qalib gəlmişiksə, bu bizim ustalığımızı göstərir. Çexiyaya uduzmağımız isə faciə olar”.

Qeyd edək ki, yığmamızın çexlərlə “duel”i bu gün Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
0