Rusiya yığması Bakıya gəlir
30.01.2010 - 11:25
Rusiya yığması Bakıya gəlir
Rusiyanın 17 yaşlılardan ibarət yığma komandası (U-17) gələn ay Azərbaycana gələcək. Apasport.az saytının məlumatına görə, Andrey Talalayevin baş məşqçisi olduğu yığma azərbaycanlı həmyaşıdları ilə fevralın 24-də və 27-də Bakıda iki yoldaşlıq görüşü keçirəcək.

1995-ci il təvəllüdlülərdən təşkil olunan Rusiyanın U-17-si Krımskda son toplanışında “Krasnodar” komandasından olan həmyaşıdları ilə keçirdiyi yoxlama oyununda 3:2 hesabı qalib gəlib. Talalayev bir sıra futbolçuları iş başında görmək istədiyini bildirib: “Komandanın özəyi tədricən formalaşır. Baxmaq istədiyim futbolçular da bunda əhəmiyyətli rol oynayır. Təəssüf ki, təlim-məşq toplanışı müddətində yarımmüdafiəçi Lomakin zədə aldı. Növbəti dəfə Azərbaycan yığması ilə oyun öncəsi yığışacağıq. Bu, fevralın 24-də və 27-də Bakıda keçiriləcək”.
0