“Saturn”un futbolçusu yenə “Xəzər-Lənkəran”la oyundan danışdı - FOTO
30.01.2010 - 11:40
“Saturn”un futbolçusu yenə “Xəzər-Lənkəran”la oyundan danışdı - FOTO
Rusiyanın “Saturn” klubunda çıxış edən azərbaycanlı futbolçu Emin Mahmudov “Xəzər-Lənkəran”la görüşü yenidən xatırlayıb. Apasport.az saytının məlumatına görə, 17 yaşlı yarımmüdafiəçi yenicə cəlb olunduğu əsas komandada ilk qolunu Türkiyənin Antalya şəhərində “Xəzər-Lənkəran”la yoxlama oyununda vurub. Bununla da Emin komandasına qələbə qazandırıb – 1:0.

Bu dəfə “Saturn”un rəsmi saytına müsahibə verən Mahmudov doğma şəhərinin komandasına vurduğu qolla bağlı təəssüratlarını bölüşüb: “Qol epizodunda hücumu başlayan Temile topu Kudryaşova ötürdü. Dima zərbə vurdu, sonradan isə topu başla elə rahat ötürdü ki, mənə yalnız topa ayağımı qoymaq qaldı. Qapı faktiki olaraq boş idi. Ümumilikdə “Xəzər-Lənkəran”la oyuna gəlincə, həm birinci, həm də ikinci hissədə kifayət qədər çoxlu təhlükəli vəziyyət yarada bildik”.
0