10-cu avtoqol
03.02.2010 - 19:02
10-cu avtoqol
Unibank Premyer Liqasının XVIII turu növbəti avtoqolla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Karvan” – “Simurq” qarşılaşmasında meydan sahiblərinin gürcü müdafiəçisi Aleksandr İntskirveli öz qapısına qol vurub. Bu 2009/10 mövsümündə qeydə alınan 10-cu avtoqoldur. Belə qolların 7-si çempionat, 3-ü kubok matçlarında vurulub.

Maraqlıdır ki, “Karvan”ın futbolçuları artıq 4-cü dəfədir qapıları səhv salır. Bu gedişlə komandanın baş məşqçisi Yunis Hüseynov hər oyundan əvvəl futbolçularına qapıları dəqiq göstərməlidir ki, onlar hansı tərəfə qol vurmağı bilsinlər.

Bütün avtoqollar
Çempionatda


N

Futbolçu

klubu

Rəqib

meydan

tarix

1

Oleq Qlevesiani

Standard

Muğan

S

14.08.2009

2

Usim Nduka

Olimpik-Şüvəlan

Karvan

S

23.08.2009

3

Alves Dos Santos

Olimpik-Şüvəlan

Qəbələ

S

17.10.2009

4

Aleksandr Malıgin

Simurq

Qəbələ

E

28.11.2009

5

Anar Həsənov

Karvan

Olimpik-Şüvəlan

S

04.12.2009

6

Abdulkader Kamar

Olimpik-Şüvəlan

Xəzər-Lənkəran

S

10.12.2009

7

Aleksandr İntskirveli

Karvan

Simurq

e

03.02.2010


Kubokda

1

Ruslan Əkbərov

ANŞAD-Petrol

Şahdağ

s

22.09.2009

2

Anar Həsənov

Karvan

İnter

e

04.11.2009

3

Ernani Pereyra

Karvan

İnter

e

11.11.2009