“Neftçi” milli komandanın futbolçusunu cəzalandıracaq
03.02.2010 - 18:21
“Neftçi” rəhbərliyi yeni transferi Cavid Hüseynovu cəzalandıracaq. Bu haqda apasport.az saytına komandanın baş məşqçisi Vaqif Sadıqov məlumat verib. Onun sözlərinə görə, yığmamızın da üzvü olan 22 yaşlı yarımmüdafiəçinin debütündən narazı qalıb.
“Cavid komandanı pis vəziyyətdə qoydu. Böyük ümidlər bəsləyib əsas heyətdə meydana buraxmışdıq. Hüseynov isə bu hərəkəti ilə bizə “hədiyyə” etdi. Qarşıda ardıcıl çətin oyunlarımız var. Onsuz da heyətimizdə itkilər var, zədəli futbolçularımızın sayı çoxdur. Hər iki qapıçımızda ciddi zədə problemi mövcuddur. Litvalı Paulius Qribauskasla müqayisədə serb Vladimir Miçoviçin vəziyyəti nisbətən yaxşı olsa da, onu ağrıkəsici iynələrin hesabına meydana çıxartmaq mümkün oldu. Ehtiyatda qalan Rəşad Abdullayevdə mikro zədə var. Türkiyəli Suat Usta hələ keçən ildən belindəki ağrıları müalicə etdirir və o da meydana ağrıkəsici iynələrin hesabına çıxmalı olur. Bunun isə sonradan fəsadları pis olur” – deyə Sadıqov bildirib.
Xatırladaq ki, Cavid Hüseynov bu gün Unibank Premyer Liqasının XVIII turunda “Qarabağ”la vacib oyunun 82-ci dəqiqəsində rəqibinə qarşı bilərəkdən kobud oynadığı üçün baş hakim Elçin Məmmədov tərəfindən meydandan qovulub.

0
0