Ağasəlim Mircavadov yetirmələrindən gileyləndi
03.02.2010 - 19:15
“Futbolçularımız qış fasiləsindən sonra ilk rəqibimiz “Standard” olacağını bilirdilər. Lakin bu, fasilədən əvvəlki “Standard” deyildi”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Təcrübəli mütəxəssis Unibank Premyer Liqasının XVIII turunda “Standard”a qarşı matçdan sonra keçirilən mətbuat konfransında yetirmələrindən narazılığını gizlətməyib: “Təəssüflənirəm ki, oyunçularımız rəqibə hörmətlə yanaşmadılar. Komandamdan narazı qaldım. Stadiona gələn azarkeşləri evlərinə sevinclə yola sala bilmədiyimizə görə üzülürəm”.
Sumqayıt təmsilçisinin baş məşqçisi Böyükağa Hacıyev isə qazanılan xalın turnir cədvəli baxımından deyil, psixoloji cəhətdən əhəmiyyət daşıdığını bildirib: “Sevinirik ki, “Xəzər-Lənkəran” kimi güclü rəqibdən səfərdə xal ala bildik. Futbolçularımız meydanda “vuruşaraq” 1 xalı əzmkarlıqla əldə etdi. Qış fasiləsindən sonra ilk oyunda xal qazanmaq vacib idi”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” - “Standard” oyunu 0:0 hesabı ilə nəticələnib.

0
0