“Millinizin məşqlərini izlədikdən sonra gördüm ki...” - MÜSAHİBƏ
05.02.2010 - 12:12
Qadınlardan ibarət Almaniya milli komandasının sabiq futbolçusu Renate Linqorun müsahibəsi
- Futbola gəlişiniz necə olub?
- Almaniyada futbolla məşğul olan qadınların sayı çoxdur. Bəzilərinə futbolçu olmaqda valideynləri kömək edib, digərlərinin ailələrində futbolçu olduğu üçün bu idman növünə maraq göstərib. Bizim ailəmizdə də belə olub. Bəxtim gətirib ki, qardaşım futbol oynayıb. Futbolçu olmağımda onun böyük rolu var. Uşaq vaxtı qardaşım və onun dostları ilə birlikdə futbol oynayırdım. Qardaşımla birlikdə boya-başa çatdığım kəndin futbol məktəbinə yazıldıq. Futbolun sirlərini məhz həmin məktəbdə öyrənmişəm.
- Futbol yaxşı fiziki hazırlıq, güc tələb edən idman növüdür. Zərif cinsin nümayəndəsi üçün futbolla məşğul olmağın nə kimi çətinlikləri var?
- Bir qadın kimi futbol oynamağın çətin olduğunu deməzdim. Çünki biz kişilərə qarşı yox, qadınlara qarşı oynayırıq. Bunun üçün böyük güc tələb olunmur. İnanmıram ki, futbolla məşğul olan hər hansı qadın bu mənada böyük çətinliklə üzləşsin. Sözsüz ki, yaxşı futbolçu olmaq üçün çox məşq etməli, həmişə öz üzərində işləməlisən.
- Bildiyimizə görə, ötən əsrin 70-ci illərinə qədər Almaniyada, ümumiyyətlə, qadın futbolu olmayıb. Neçə oldu ki, qısa vaxt ərzində ölkənizdə qadın futbolu belə sürətlə inkişaf etdi?
- Bəli, 1970-ci ilədək Almaniyada qadınların futbolla məşğul olması qadağan idi. O vaxt ölkədə olan müəyyən dəyişikliklər qadın futboluna da təsirsiz ötüşmədi. Qadınlar təşkilatlanaraq bu qadağanın aradan qaldırılmasını tələb etdilər və istəklərinə nail oldular. Bundan sonra Almaniya Futbol İttifaqı qadın futboluna xüsusi diqqət ayırdı. Həmin illərdə qadın futbol klubları yaradıldı. Bir neçə ildən sonra bu diqqət öz bəhrəsini verdi və qadın futbolu inkişaf etməyə başladı.
- Artıq bir neçə gündür ölkəmizdəsiniz. Qadınlardan ibarət milli komandamızın məşqlərini izləmisiniz. İlkin təəssüratlarınız necədir?
- Bildiyiniz kimi, AFFA ilə Almaniya Futbol İttifaqı arasında əməkdaşlıq müqaviləsi var. Mən də həmin müqavilə çərçivəsində Azərbaycana gəlmişəm və ölkənizdə olduğuma görə çox sevinirəm. İlk növbədə, onu bildirim ki, burada gördüklərim məni müsbət mənada təəccübləndirdi. İlk dəfə Azərbaycandan belə bir təklif alanda düşündüm ki, yəqin orada qadınların futbol haqda, ümumiyyətlə, təsəvvürləri yoxdur. Fikirləşdim ki, topla necə davranmağı bilmirlər. Millinizin məşqlərini izlədikdən sonra gördüm ki, futbolçularınızın topla davranışı pis deyil. Sözsüz ki, çatışmazlıqlar da var. Misal üçün, uzun ötürmələri dəqiq yerinə yetirə bilmirlər. Futbol elə bir idman növüdür ki, gərək öz üzərində işləyəsən. Taktiki baxımdan da müəyyən çatışmazlıqların olduğunu müşahidə etdim. Gördüklərimə əsasən deyə bilərəm ki, AFFA rəhbərliyi qadın futbolunun inkişafı üçün düzgün yol seçib. Məncə, fəaliyyəti bu istiqamətdə davam etdirmək lazımdır. Sözsüz ki, bunun üçün müəyyən qədər zamana və səbirli olmağa ehtiyac var. İnanıram ki, AFFA bu gün atdığı addımların bəhrəsini yaxın gələcəkdə görəcək.
- Milli komandaya yaradılan şərait barədə nə deyə bilrəsiniz?
- Müşahidələrimə əsasən, milli komandaya hər cür şəraitin yaradıldığını deyə bilərəm. Bu, inkişaf üçün tələb olunan ən vacib amillərdən biridir. AFFA bu baxımdan müsbət mənada fərqlənir.
- Millimizin üzvlərinin perspektivini necə qiymətləndirirsiniz?
- Onlarla tanışlığımızın ilk saatlarında müəyyən utancaqlıq hiss olunurdu. Ancaq bir neçə saatdan mənimlə ünsiyyət quraraq müəyyən suallar verir, bilmədiklərini öyrənmək istəyirdilər. Sevindirici haldır ki, öyrənmək istəyirlər, həvəsləri var. Futbolçu üçün bu, çox vacibdir. Əgər hər məşqdə belə ürəklə çalışsalar, səy göstərsələr, müəyyən irəliləyişə nail olarlar. Onların futboldakı nailiyyətləri digər qızların da bu idman növünə olan marağını artıracaq. İnanıram ki, yaxın gələcəkdə Azərbaycanda futbolla məşğul olan qızların sayında artım olacaq. Onların perspektivinə gəlincə, bayaq dediyim kimi, hər şey özlərindən asılıdır.
- Sizcə, qızların futbola maraqlarını artırmaq üçün nə kimi işlər görülməlidir?
- Bu suala cavab vermək çətindir. Biz Almaniya Futbol İttifaqının təşkilatçılığı ilə məktəblərdə şagirdlərlə görüşlər keçirərək futbolun təbliğatını gücləndiririk. Uşaq yaşlarında qızlarda futbola maraq oyadırıq, bunun zərərli olmadığını izah edirik və s. Qadın futbolunun inkişafı üçün mütləq Kütləvi İnformasiya Vasitələrinin xidmətlərindən istifadə etmək lazımdır. Almaniyada bu mənada çətinlik çəkmirik. Qadınlardan ibarət milli komandamız bir dəfə dünya, bir dəfə də Avropa çempionu olub. Həmin nəticələrin KİV-də geniş şəkildə əks olunması qızların futbola olan marağını daha da artırıb. Ancaq bu mənada Azərbaycanda müəyyən çətinliklər var. Çünki komandanın ciddi nailiyyəti yoxdur. Hesab edirəm ki, AFFA-nın seçdiyi yol – futbolu məktəblərdə təbliğ etməsi doğru yoldur. Bu gün 201 saylı məktəbdə şahidi oldum ki, qızların futbola olan marağı heç də az deyil. Sevindirici haldır ki, təkcə, 5, 6, 7-ci siniflərin deyil, yuxarı sinif şagirdlərinin də futbola marağı var.
- Azərbaycan qadın futbolunun inkişafı üçün hər hansı təklifiniz, tövsiyələriniz varmı?
- AFFA-nın seçdiyi yolu, tətbiq etdiyi inkişaf üsulunu biz Almaniyada keçmişik. Biz də məktəblərdə qızlarla görüşlər keçirərək futbolun təbliği ilə məşğul oluruq. Özümün nəsə təklif etməyimə gəlincə, əgər bölgələrdə oğlanlar üçün hər hansı futbol məktəbi və ya akademiya yaradılarsa, o zaman həmin məktəbə kiçik yaşlarından etibarən qızları da cəlb etmək olar. Aydın məsələdir ki, bu işdə milli mentaliteti də nəzərə almaq lazımdır. Bu da qadın futbolunun inkişafına mənfi təsir edən ən böyük amillərdən biridir.
Mənbə: affa.az

0
0