Platini: Azərbaycanla Ermənistan yenə eyni qrupa düşsə necə olacaq?
07.02.2010 - 11:12
UEFA prezidenti Mişel Platini bu gün Polşanın paytaxtı Varşavada baş tutacaq Avro-2012-nin seçmə mərhələsinin püşkatmasından öncə mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, o, siyasi gərginlik yaşayan Azərbaycanla Ermənistan, eləcə də Rusiya ilə Gürcüstanın seçmə mərhələdə eyni qrupa düşməyəcəyini bildirib. Fransalı funksioner bunu belə izah edib.
“Ötən seçmə mərhələdə, hələ mən UEFA prezidenti olmayan vaxtlarda Ermənistan və Azərbaycan komandaları bir-biri ilə oynamaq istəmirdi. Təsəvvür edin ki, tarix yenə təkrarlana bilər. Azərbaycan və Ermənistan yığmaları eyni qrupa düşsələr necə olacaq? Fikrimcə, UEFA-nın İcraiyyə Komitəsi düzgün qərar çıxarıb və bu, idmanın siyasiləşdirilməsi anlamına gəlmir” - deyə Platini vurğulayıb.
Qeyd edək ki, milli komandamız bədnam qonşularımızla Avro-2008-in seçmə mərhələsində eyni qrupda yer almışdı. Həmin vaxt bu məsələ uzun müzakirələrə səbəb olmuşdu və UEFA rəhbərliyi oyunların keçirilməməsi barədə qərar vermişdi.

0
0