Allan Lalinin rekordu təkrarlandı
10.02.2010 - 11:08
Yevlaxın “Karvan” klubunun hücumçusu Xaqani Məmmədov “Xəzər-Lənkəran”da çıxış edən honduraslı həmkarı Allan Lalinin rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, Məmmədov Unibank Premyer Liqasının cari mövsümündə ardıcıl iki oyunda dubla imza atıb. 34 yaşlı hücumçu “Simurq”a evdə (3:2), “Qarabağ”a səfərdə (2:3) 2 qol vurub. Bununla da “Karvan”ın qış fasiləsində “İnter”dən icarəyə götürdüyü Məmmədovun hesabında artıq 4 qol var. O cari mövsümdə qol hesabını məhz Yevlax klubunda açıb.
Lalin isə cari çempionatın əvvəlində ardıcıl iki görüşdə dubl edib. Honduraslı bunu “Muğan”la ev (2:0), “Standard”la səfər oyununda (2:1) reallaşdırıb. Maraqlıdır ki, Xaqani kimi, Allan da yeni klubunda qol hesabını məhz dubl etməklə açıb. “Xəzər-Lənkəran”ın honduraslı hücumçusunun hesabında çempionatda artıq 6 qol var.
Qeyd edək ki, bombardirlər yarışında liderlər qrupunda yer alan “İnter”in latviyalı hücumçusu Girts Karlsons da ardıcıl iki oyunda 4 qol vurmağı bacarıb. Ancaq fərq ondadır ki, Latviya milli komandasının üzvü bir oyunda bir qol vurmaqla, digərində het-trik etməklə buna nail olub.

0
0