“Mircavadovun oyun öncəsi futbolçulara hansı tapşırıqlar verdiyini bilirik”
13.02.2010 - 00:09
“Ağasəlim Mircavadovun oyun öncəsi futbolçulara hansı tapşırıqlar verdiyi, meydanda nə tələb etməsini bilirik. Fikrimcə, son illərdə “Xəzər-Lənkəran”ın ən güclü heyəti məhz indi Mircavadovun əlinin altındadır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov deyib.
İndiki “Xəzər-Lənkəran”ı bütün dövrlərin ən güclüsü hesab edən Sadıqov bu gün keçiriləcək oyunda xal qazanmağın çətin olduğunu bildirib: “Çox yaxşı legionerləri, güclü qapıçısı var. Kamran Ağayev milli komandamızın da əsas qapıçısıdır. Artıq hər iki komanda “altılığ”a vəsiqəni qazanıb. Bununla belə, nəticə hər iki komanda üçün vacibdir. Bu da “altılıq”dakı yerlərə, “qızıl xallar”a görədir. “Xəzər-Lənkəran” yaxşı oyun göstərən komandadır. Bizim üçün əsas gücümüz komanda şəklindədir. Məhz bunun hesabına yaxşı nəticəyə ümid bəsləyə bilərik. Yəni, meydanda yaxşı anlaşıb, bir-birimizi sığortalayıb, kömək etməliyik. Lənkəranda normal nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Fikrimcə, “Xəzər-Lənkəran” kimi güclü rəqiblə səfərə oyununda heç-heçə də yaxşı nəticə sayılmalıdır”.
Qeyd edək ki, “Qarabağ” ilk dövrədə “Xəzər-Lənkəran”ı evdə 1:0 hesabı ilə məğlub edib. Rəşad Ağdamdakı həmin görüşü zədə üzündən buraxmalı olub.

- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0