Eriksson istefa verdi
13.02.2010 - 00:21
Eriksson istefa verdi
İngiltərənin səviyyəcə 4-cü divizionunda çıxış edən “Notts Kaunti”nin idman direktoru, isveçli mütəxəssis Sven-Qoran Eriksson vəzifəsindən istefa verib. Apasport.az saytının xəbərinə görə, 62 yaşlı mütəxəssis klub rəhbərliyi ilə arasında yaranan narazıçılıqdan ötrü bu addımı atıb. Klub Erikssona dərhal əvəzedici tapıb. Əvvəllər “Linkoln Siti”də bu vəzifədə çalışmış Roy Tryu “Notts Kaunti”nin yeni idman direktoru olacaq.

Qeyd edək ki, adıçəkilən klub 26 turdan sonra turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.