Mutu Çempionlar Liqasına buraxılmır
13.02.2010 - 00:28
Yanvarın 10-da “Kyevo” ilə oyundan sonra götürülən dopinq testindən keçə bilməyən “Fiorentina”nın hücumçusu Adrian Mutu daha bir zərbə alıb. Apasport.az saytının xəbərinə görə, qeyri-müəyyən müddətə cəzalandırılan 31 yaşlı rumıniyalı futbolçu ÇL-də də komandasına kömək edə bilməyəcək.
UEFA bununla bağlı bəyanat yayıb: “Mutu ÇL-nin 1/8 final mərhələsinin “Bavariya” ilə keçiriləcək hər iki qarşılaşmasında iştirak edə bilməyəcək. Bizim müvafiq qərarımız FİFA-nın Nizam-İntizam Komitəsinin mövqeyini tam əks etdirir. Yekun nəticə bilinməyincə Mutu yaşıl meydanlara çıxa bilməyəcək”.
Bu səbəbdən “Fiorentina”nın rəhbərliyi ÇL-nin iştirak ərizəsinə Mutunun əvəzinə “Barselona”dan icarəyə götürdüyü Keyrrisonun adını salıblar.

- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0