Futbol qaydaları dəyişə bilər
13.02.2010 - 10:44
Gələn ay futbolun qaydalarında dəyişikliklər edilə bilər. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Assosiasiyasının (İFAB) rəhbərliyi martda keçirəcəyi iclasında penaltilərlə bağlı qərara yenidən baxmaq niyyətindədir.
Qaydaların təkmilləşdirilməsinə çalışan İFAB penalti “qazanan” futbolçunun meydandan qovulması məsələsini müzakirə edəcək. İndiki qaydalara görə, rəqibə qarşı kobudluq edən oyunçu 3 qat cəza alır. O, həm komandasının qapısına 11 metrlik zərbəyə, həm də qırmızı vərəqə almaqla, yoldaşlarının matçı azlıqda davam etdirməsinə səbəb olur. Bu azmış kimi, növbəti qarşılaşma, bəzən qarşılaşmaları da cəza üzündən buraxır. Belə sərtliyin həddən artıq olduğunu düşünün İFAB qaydaların bir az yumşaldılması ilə bağlı yenilik qəbul edə bilər.
Qeyd edək ki, quruma Böyük Britaniyanı təmsil edən 4 ölkənin futbol federasiyalarının, həmçinin FİFA-nın nümayəndələri daxildir.

- 15 qurtarış! - Kurasao qapıçısı matçın oyunçusu seçildi
- 156 minlik ölkədən tarixi nəticə - Kurasao DÇ-da ilk xalını qazandı
- Tonali uğrunda mübarizə - "Tottenhem"dən 75 milyonluq təklif
- Kloppdan Türkiyə sözləri - “Təzyiqə dözə bilmədilər”
- Çalhanoğlunun həyat yoldaşından sərt reaksiya: "Dünən alqışlayırdınız..."
0
0